5 avqust 2016 00:25
Sergey Zenyov: Bu, böyük uğurdur
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu dəfə səfərdəki ilə müqayisədə daha asan oldu. Cavid Hüseynov üçün oynadıq. Bu uğuru da ona həsr edirik. Ona uğurlar arzulayıram. Şadam ki, belə bir rəqibi keçdik. Bu, böyük uğurdur".
