4 avqust 2016 23:55

Qriqorçuk: Lill üzərindəki qələbəni 20 il də keçsə, unutmayacağıq

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Fransa "Lill"ini 1:0 hesabıyla məğlub edərək, yarışdan kənarlaşdıran "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

- Siz Azərbaycan komandası ilə Avropanın böyük beşlik ölkələrinin təmsilçilərinə qalib gələn ilk mütəxəssis oldunuz...
- Bu oyun həqiqətən xüsusi idi. Cavid Hüseynovu çox sevirik. Qələbəni ona həsr edirik. İkinci məqam stadiondakı atmosferin olduqca isti olduğunu gördüm. Sanki hər azarkeşin gözünü görürdüm. Bu, tarixi hadisədi. Hətta 20 ildən sonra da bu qələbəni unutmayacağıq. Sevincimi gizlətməyə əsas görmürdüm. Bu, Azərbaycan futbolunun imicinə müsbət təsir göstərir.

- Fransa futbol tarixində Azərbaycan yığması özünəməxsus rekordçudu. Fransızlar tarixinin ən böyükhesablı qələbəsi məhz yığmamız üzərində baş verib. Bu gün qisas baş tutdu.
- Açığı, bundan xəbərsiz idim. Ancaq qisas baş tutubsa, lap əla!

- Bu gün "Qəbələ" fantastik futbol sərgilədi. Amma ölkə çempionatındakı limiti nəzərə alsaq, bu heyətlə çıxış edə bilməyəcəksiniz. Sizə elə gəlmir ki, limitə yenidən baxılmalıdı?
- Həmişə bir fikirdə olmuşam: limit ümumiyyətlə, olmamalıdı. İnanın, belədə, hətta klublarımız qənaət də edəcək. Meydanda ən güclülər, ən layiqlilər olmalıdı. Seçim süniləşməməlidi, təbii olmalıdı.

- Bu oyundan sonra yata biləcəksiniz?
- Çətin olacaq. Heç yatmağa çalışmayacağam da. Xoş stress də olsa, yenə yatmayacağam.

- Cəmi bir əvəzetməyə əl atdınız. O da məcburiyyətdən. Futbolçularınızın hər birindən razı idiniz?
- Hətta deyərdim ki, işlək mexanizmdən tam razı idim. Əvəzetmə bu mexanizmin işləməsinə mənfi təsir göstərə bilərdi.

- Hakimlə niyə mübahisəyə girişmişdiniz?
- Bu cür hal yaşandı, amma ümumilikdə idarəetmədən razı qaldım. Deyərdim "Lill"ə qarşı ilk oyundakı polşalı hakimlər briqadasından daha çox narazı qalmışdım. Bu gün isə o qədər də narazı deyildim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.