4 avqust 2016 23:30
Frederik Antonetti: Qəbələ layiqli qələbə qazandı
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qəbələ"yə Bakıda 0:1 hesabıyla məğlub olan "Lill"in baş məşqçisi Frederik Antonetti mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Fransa təmsilçisinin çalışdırıcısı oyundan sonra bunları dilə gətirib:
"Hər iki komandanın futbolçuları gözəl oyun sərgilədilər. Futbolda məğlubiyyətlər də olur. Bunu qəbul etmək lazımdır. Amma təbii ki, məyusam. Fransadakı oyun çətin keçdi. Elə həmin oyunda "Qəbələ"nin nəyə qadir olduğunu görmüşdük. Buna baxmayaraq, Bakıda qələbə qazanacağımızı düşünürdük. Futbolçularımda motivasiya yüksək idi. Amma istəyimizə çata bilmədik. Rəqib layiqli qələbə qazandı".
