4 avqust 2016 20:00
Stiv Olfers: Məncə, Qəbələ evdə Lillə qalib gələcək
"Qəbələ"nin sabiq müdafiəçisi Stiv Olfers bu komandanın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəyi cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin güclü heyəti var. Onlar səfərdə "Lill" ilə heç-heçə oynayıblarsa, doğma meydanda qələbə də qazana bilərlər. Mənim fikrimcə, belə də olacaq. Amma buna asanlıqla nail ola bilməyəcəklər. Fransızlar ilk dəqiqələrdən hücuma keçəcəklər. "Qəbələ" əks-hücumda effektli oynamalıdır. "Qəbələ"nin uğurları məni də sevindirir".
