4 avqust 2016 17:20
Stefan Borbikoni: Qəbələ öz meydanında daha çox müdafiə olunacaq
"Bakı"nın fransalı sabiq müdafiəçisi Stefan Borbikoni "Qəbələ" ilə "Lill" arasında Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" güclü komandadır. Onlar ilk oyunda da "Lill"ə qarşı yaxşı mübarizə apardılar. Fikrimcə, qəbələlilər Bakıdakı oyunda üstünlüklərini qorumaq üçün daha çox müdafiəyə diqqət ayıracaqlar. Azərbaycan klubunun heyətində çoxlu yaxşı futbolçu çıxış edir. "Lill"ə asan olmayacaq. Amma qonaqlar erkən qol vursalar, onların işi asanlaşa bilər".
