4 avqust 2016 17:00
Renato Çivelli: Qəbələyə qol vurmaq vacibdir
Fransanın "Lill" klubunun müdafiəçisi Renato Çivelli Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uğur qazanmaq şansımızın olduğunu bilirik. Bütövlükdə, şanslar bərabərdir. Bizə səfərdə qol vurmaq vacibdir. Amma rəqib də yaxşı müdafiə olunmağı bacarır. Bizə ağır olacaq. Lakin istəyimizə çatmağa çalışacağıq".
