4 avqust 2016 16:20
Premyer Liqada ilk turun oyun cədvəli açıqlandı
Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib. Azerisport.az xəbər verir ki, 3 günü əhatə edəcək turda bütün oyunlar "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust (şənbə)
AZAL - “Neftçi”
Şüvəlan. AZAL Arena, 18:00.
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 20:00.
7 avqust (bazar)
“İnter” - “Qarabağ”
Bakı. “İnter Arena”, 20:00.
8 avqust (bazar ertəsi)
“Qəbələ” – “Kəpəz”
Mərdəkan. “Dalğa Arena”, 19:00.
