4 avqust 2016 16:00
Elnur Cəfərov: Yeni klub axtarıram
Azərbaycan yığmasının yarımmüdafiəçisi Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubunun düşərgəsini tərk edib. Azerisport.az saytına bu barədə futbolçu özü məlumat verib.
Onun sözlərinə görə, müqaviləni klubla razılıq əsasında pozub. Hazırda azad agent statusu daşıyan 19 yaşlı futbolçu özünə yeni klub axtarır.
Qeyd edək ki, Elnur "Tondela" ilə elə bu yay 1 illik müqavilə imzalamışdı.
