4 avqust 2016 15:40

Zaur Svanadze: Qarabağın Viktoriyanı keçməməsi ədalətsizlikdir

"İnter"in baş məşqçisi Zaur Svanadzenin azerisport.az saytına müsahibəsi

- "İnter" yeni mövsümə hazırdır?
- Yeni mövsümə hazırlığımızla bağlı ancaq xoş sözlər deyə bilərəm. Amma mövsümə nə dərəcədə hazır olduğumuzu oyunlar göstərəcək. Bütövlükdə, pis hazırlaşmamışıq. Türkiyədə daha çox vaxt keçirməyimizi istərdim, amma alınmadı.

- Bundan sonra transfer olmayacaq?
- Böyük ehtimalla olmayacaq. Yerli uşaqlardan razıyam. Amma daha bir-iki legioner almağımızı istərdim.

- Niyə alınmadı ki?
- Maliyyə vəziyyətimiz imkan vermədi.

- Bəlkə də "İnter" tarixi ərzində bu qədər az legionerin ümidinə qalmamışdı...
- Artıq dörd ildir bu klubdayam. Doğrudan da bu qədər az legionerlə qalmamışdıq. İndi cəmi üç əcnəbi oyunçumuz var.

- Qarşınıza hansı vəzifə qoyulub?
- Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Bunun öhdəsindən nə dərəcədə gələcəyimizi zaman göstərəcək. Yerli futbolçularımız çoxdur. Bu, onların özlərini göstərməsi üçün əla şansdır.

- İlk oyununuz son çempiona - "Qarabağ"a qarşı olacaq...
- Daha sonra da "Qəbələ" ilə qarşılaşacağıq. Püşk bizim üçün o qədər də münasib olmadı. Bu oyunlarda nəticə qazanmaq üçün bütün bacarığımızı göstərməliyik.

- Bəlkə də əksində, bu, sizin üçün bir şansdır. Çünki Ağdam klubu ÇL-də mübarizəni dayandırdığı üçün psixoloji cəhətdən yaxşı vəziyyətdə deyil...
- Ağdam klubunda peşəkar futbolçular cəmləşib. İndiki vəziyyət onların bizə qarşı öz oyunlarını göstərmələrinə heç bir təsir göstərə bilməz. Həm də bu komandanın iki heyəti var. "Qarabağ"ın Çexiya "Viktoriya"sını keçə bilməməsi ədalətsiz nəticə oldu. Bu qədər üstün oyun nümayiş etdirib, qol vəziyyəti yaradıb, qələbə qazana bilməmək üzücü oldu. "Qarabağ" bir daha göstərdi ki, ən yaxşı komandadır.

- "Viktoriya" ilə oyun sizin üçün "Qarabağ"a qalib gəlmək üçün nümunə sayıla bilər?
- Bizim öz oyun üslubumuz var. Tamamilə fərqli oynayırıq. Həm də çexlərin bəxti gətirdi. Qapıya bircə zərbə vurdular, mərhələ keçdilər. Komandamın elə oynamasını istəməzdim. Biz futbol oynamaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.