Yunis Hüseynov: Lill ilk oyunda Qəbələni ciddiyə almamışdı, bu dəfə isə tam fərqli olacaq
Azərbaycanlı mütəxəssis Yunis Hüseynov "Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubu ilə cavab oyununda uğur qazanmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci oyun yaxşı nəticə ilə bitdi. Onların uğurunu kiçiltmək istəmirəm, amma "Lill" yalnız ikinci hissədə oynamağa başladı. Cavab oyununda isə qonaqlar bütün liderlərini meydana buraxacaq. Ona görə də bu rəqibə qarşı oynamaq "Qəbələ" üçün asan olmayacaq. Bakıdakı oyunun ciddi mübarizə şəraitində keçəcəyinə əminəm. Həm də fransızlar "Qəbələ"dən ilk oyunda elə futbol gözləmirdilər. İndi isə vəziyyət fərqlidir. Onlar komandamızı tam ciddiyə alacaqlar. İlk oyundakı nəticə yaxşı olsa da, cavab matçında mərhələ adlamaq çox çətin olacaq".
