4 avqust 2016 15:00
Rusiya klubu Qəbələnin sabiq üzvü ilə güclənə bilər
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qay karyerasını Rusiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, ukraynalı futbolçu "Kuban"a keçməyə hazırlaşır.
Qeyd edək ki, Qay ötən mövsüm də daxil olmaqla 2015-ci ildən etibarən "Qəbələ"nin şərəfini qoruyurdu.
