4 avqust 2016 14:40
Böyükağa Hacıyev: Qəbələ elə də şanslı deyil
Azərbaycanlı mütəxəssis Böyükağa Hacıyev "Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubu ilə cavab oyununda uğur qazanmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şanslar barədə danışmaq çətindir. Hesab edirəm ki, "Qəbələ"nin şansı elə də çox deyil. Çünki kompakt oynamırlar, sabit komanda deyil. Səfərdəki sərfəli nəticəyə baxmayaraq, fransızları keçmək çox çətin olacaq. "Lill" güclüdür. Onlar Bakıda qələbə qazana bilərlər. Ona görə də hələ "Qəbələ"nin pley-offa çıxması böyük sual altındadır".
