4 avqust 2016 13:40
Qəbələnin rəqibi yeni oyunçu sifariş etdi
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu daha bir futbolçu sifariş edib. Azerisport.az xəbər verir ki, fransızlar yeni aldıqları Yunus Sankareni də UEFA-ya göndərdikləri iştirak ərizəsinə daxil ediblər.
Seneqal yığmasının 27 yaşlı futbolçusu "Qəbələ"yə qarşı cavab matçında meydana çıxa bilər. O, yeni klubunda 4 nömrəli futbolkada oynayacaq.
Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı bu gün saat 21:00-da start götürəcək.
