4 avqust 2016 13:10
Tondela Elnur Cəfərovdan imtina etdi
Portuqaliyanın "Tondela" klubu azərbaycanlı futbolçu Elnur Cəfərovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klub rəsmisi Viktor Ramos yerli mətbuata açıqlamasında məlumat verib.
O, bildirib ki, baş məşqçi Armandu Petit yeni mövsüm üçün 23 futbolçu seçib. Onların arasında Elnur və daha iki futbolçunun adı yoxdur.
Qeyd edək ki, 19 yaşlı futbolçumuzun klubdan göndərilməsinə səbəb kimi onun komandaya uyğunlaşa, özünü göstərə bilməməsi göstərilir. (SAPO Desporto)
