4 avqust 2016 12:00
Peşəkar Futbol Liqasından 1-ci divizion klublarına xəbərdarlıq
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 2016/2017-ci illər mövsümündə iştirak edəcək komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər. Azerisport.az xəbər verir ki, bu, PFL-in yaydığı açıqlamada bildirilir.
Buna uyğun olaraq, 1-ci divizion iştirakçılarının sayı müəyyənləşəcək. Bu prosedur başa çatdıqdan sonra 1-ci divizionun püşkatmasının tarixi barədə məlumat veriləcək.
