4 avqust 2016 11:40

Samir Əliyev: Yenidən iki klubumuzun qrup mərhələsində oynaması yaxşı olardı

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın ÇL-də mübarizəni dayandırmasına sizin münasibətiniz necə oldu?
- "Qarabağ" ÇL-in pley-offuna çıxmaq üçün əla şansa malik idi. Hər şey də xeyrimizə gedirdi. O qədər qol epizodu yaratdılar. Hesabda üstün idilər. Rəqib heç nə edə bilmirdi. Hər şeyi cərimə meydançasına edilən adi bir asma korladı.

- Əksəriyyət Qurban Qurbanovu uğursuz əvəzetmələrdə günahlandırır. Siz də bununla razısınız?
- Qurbanov ən yaxşı məşqçilərimizdən biridir. Öz işinin bilənidir. O, bu komandanın uğurları üçün çox iş görüb. "Viktoriya" ilə oyunda da kimin nə vaxt oynayacağını ondan yaxşı heç kim bilə bilməzdi. Çexiya çempionu həmin qolu vurmasaydı, indi heç kim onu tənqid etməzdi, vəziyyət əksinə idi.

- Amma qonaqlar məhz Elvin Yunuszadə ilə Əl-Jadeyuinin meydana çıxmasından sonra qol vurdular...
- Uğursuzluqdan sonra baş məşqçiyə tənqidlər normaldır. Qurbanovun oyundan sonrakı açıqlamalarını da oxudum. Bəli, müdafiədə səhv oldu. Belə oyunlarda rəqiblər səhvi bağışlamırlar. Amma mən bu qədər tənqidin əleyhinəyəm. Çünki bu komanda hələ avrokuboklarda mübarizəni davam etdirir. "Qarabağ"ı dəstəkləmək lazımdır. Bu vəziyyətdən çıxmağa kömək etməliyik. Bəli, hamımız məyusuq. Amma komandanın Avroliqanın qrup mərhələsində oynaması üçün dəstək olmaq vacibdir.

- Sizə elə gəlmir ki, "Qarabağ"a bu uğursuzluğuna səbəb çempionatımızın zəifləməsidi?
- Çexiya ÇL-də iki klubla təmsil olunur. Biz reytinqdə Azərbaycandan xeyli öndə olan ölkənin təmslçisinə qarşı mübarizə aparırdıq. Təbii ki, biz də güclü çempionatımızın olmasını istərdik. Amma hər şeyi çempionatın səviyyəsinə bağlamaq da düz deyil. Bu oyunda çempionumuzun sadəcə, bəxti gətirmədi.

- "Qəbələ"nin Fransanın "Lill" klubu ilə oyunundan nə gözləyirsiniz?
- Fransızları keçmək çətin olacaq. Baxmayaraq ki, komandamız səfərdən 1:1 hesablı sərfəli nəticə ilə qayıdıb. Səfərdə belə bir rəqiblə heç-heçənin özü də bir uğurdur. Nəzərə almalıyıq ki, bizim futbol Fransa futbolu ilə bir səviyyədə deyil. Amma şansımız var. Yenidən iki klubumuzun Avroliqanın qrup mərhələsində oynaması yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.