4 avqust 2016 22:50

Qəbələ Avroliqanın pley-offunda!

Bu gün Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qəbələ” də növbəti matçına çıxıb.

Komandamız öz meydanında Fransanın “Lill” klubunu qəbul edib. Səfərdə bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə nail olan Roman Qriqorçukun yetirmələrinə pley-offa çıxmaq üçün hətta qolsuz heç-heçə də bəs edirdi. Hər halda komandamız güclü rəqibi ilə mübarizədə mərhələ adlamaq üçün gözəl şans əldə etmişdib və bu şansı əldən verməyəcəyinə ümid böyük idi.

Xoşbəxtlikdən cavab oyunu da komandamız üçün uğurlu alındı. Ozobiçin vurduğu qolla doğma meydanda güclü rəqibinə qalib gələn "Qəbələ" böyük sensasiyaya imza ataraq, "Lill"i mübarizədən kənarlaşdırdı və adını Avroliqanın pley-offuna yazdırdı.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsinin cavab oyunu

4 avqust

“Qəbələ” - “Lill” - 1:0 (1:0)
Qol: F.Ozobiç, 34 (1:0).
Sarı vərəqə: M.Amalfitano, 26. N.Kvekveskiri, 44. Y.Sanxare, 87. A.Məmmədov, 90+4.
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyaqin, İqor Demeşko, Vladimir Moskalev (hamısı Rusiya).
Hakim-inspektor: Oleq Çuykin (Belarus).
UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya).
Bakı. 8-ci km qəsəbə stadionu.
İlk oyun – 1:1.

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç (11. Asif Məmmədov, 77), 20. Rikardinyo, 27. Teo Uiks.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov, 44. Rafael.
Baş məşqçi: Roman Qriqorçuk.
"Lill": Vinsent Enyeama, 2. Sebastyan Korşya, 5. Renato Çivelli (k), 6. İbraim Amadu, 8. Munir Obbadi (4. Yunus Sanxare, 64), 10. Morqan Amalfitano (9. Yassin Benzia, 73), 11. Erik Botok (20. Rayan Mendeş, 64), 12. Julian Palmieri, 17. Markuş Lopeş, 19. Eder, 23. Adama Sumaoro.
Ehtiyat oyunçular: 16. Mayk Menyan, 13. Stoppila Sunzu, 18. Frank Beriya, 24. Rio Mavuba.
Baş məşqçi: Frederik Antonetti.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.