4 avqust 2016 00:15
Kamran Ağayevin hansı klubda oynayacağı bilindi
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev yeni kluba keçməyə yaxındır. Azerisport.az xəbər verir ki, millimizin qolkiperi hazırda "Sumqayıt"ın düşərgəsində məşq edir.
Böyük ehtimalla o, yeni mövsümə də məhz bu klubda başlayacaq. Özünə başqa iş yeri tapa bilməyən qapıçı çempionatın startına iki gün qalmış sumqayıtlılarla müqavilə bağlayacaq.
Qeyd edək ki, son mövsümü "İnter"də keçirən Ağayev bu yay Türkiyə klublarından birinə keçməyə hazırlaşsa da, bu istəyi baş tutmayıb.
