4 avqust 2016 00:00
Kəpəzi məyus edən komanda Avroliqadan uzaqlaşdırıldı
"Kəpəz"i Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Avstriyanın "Admira" klubu bu turnirin pley-off mərhələsinə adlaya bilməyib. Azerisport.az xəbər verir ki, bu klub üçüncü təsnifat mərhələsində Çexiya "Slovan"ı ilə mübarizə aparırdı.
Doğma meydanda keçirilən ilk oyunda 1:2 hesabıyla uduzan "Admira" çexlərə səfərdə də məğlub olub - 0:2. Nəticədə, "Kəpəz"i məyus edən klub Avroliqadakı mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsində Moldova "Daçiya"sını keçən (evdə 0:0, səfərdə 1:0) Gəncə təmsilçisi "Admira"ya həm səfərdə (0:1), həm də evdə uduzmuşdu (0:2).
