3 avqust 2016 20:30
Palmieri: Qəbələnin evdə necə oynadığını bilmirəm
Fransanın "Lill" klubunun müdafiəçisi Julien Palmieri Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz buraya uduzmağa gəlməmişik. Əks halda evdə oturardıq. Əsl səviyyəmizi göstərə bilərik. Amma çətin oyun olacaq. Çünki "Qəbələ"nin belə oyunlarda böyük təcrübəsi var. Sakit olmalı və matça ciddi yanaşmalıyıq. Avrokuboklardakı gələcəyimiz bu oyundan asılıdır. Bu imkanı əldən verməməliyik. Azərbaycan çempionatının səviyyəsindən, "Qəbələ"nin evdə necə oynadığından xəbərim yoxdur. Amma əminəm ki, onlar qol buraxmamaq üçün əllərindən gələni edəcəklər. İstənilən halda uğur qazanmaq üçün əlimizdən gələni etməliyik".
