3 avqust 2016 19:00
Azərbaycan Macarıstan, Fransa və Bolqarıstana rəqib oldu
Bu gün çimərlik futbolu üzrə DÇ-2017-nin seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması G qrupunda Macarıstan, Fransa və Bolqarıstana rəqib olub.
Millimizin oyunları 2-11 sentyabr aralığında İtaliyada keçiriləcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar, eləcə də iki ən yaxşı qrup üçüncüsü əsas seçmə mərhələyə vəsiqə qazanacaq.
