3 avqust 2016 17:10

Baqali Dabo: Azarkeşlərdən yaxşı dəstək gözləyirik

"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Fransa mətbuatına açıqlamasında bunları söyləyib:

"Qəbələ" əvvəllər də məni heyətinə cəlb etməyə çalışmışdı. Amma o vaxt mən Fransada qalmağa üstünlük verdim. Bu dəfə isə təklifi qəbul etdim. Liqa 2-dən Avropa Liqasına oynayan komandaya keçmişəm. Fikrimcə, bu, yaxşı qərardır. Keçmiş klubum "Kretey" də bu keçiddən 40 min avro qazandı.

Bakı şəhəri mənə mini-Dubayı xatırladır. Şəhər inkişafdadır.

Komandamızın digər üzvləri kimi, mən də dörd ulduzlu oteldə qalıram. Azərbaycanda ingilis dilində danışmağa çalışıram.

Sabah bizi vacib oyun gözləyir. Tribunalardan da yaxşı dəstək gözləyirik".

Qeyd edək ki, ilk oyunda 1:1 hesablı bərabərliyə razılaşan "Qəbələ" və "Lill" arasındakı cavab matçı sabah 8-ci km stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.