3 avqust 2016 16:10
Raul Kostin: Katalin Tira Neftçini seçməklə doğru addım atıb
"Simurq"un rumıniyalı sabiq futbolçusu Raul Kostin həmyerlisi Katalin Tiranın "Neftçi"yə transferi barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu transferi mən də mətbuatdan öyrəndim. Onunla Azərbaycan klublarının maraqlandığını bilmirdim. Katalin gənc futbolçudur. O, istənilən oyunda son nöqtəni qoya bilər. Tira mənim vaxtilə Azərbaycanda oynadığımı bilir. Amma mənimlə heç bir məsləhət aparmayıb. Buna baxmayaraq, ona uğurlar arzulayıram. Fikrimcə, düzgün addım atıb".
