3 avqust 2016 15:40
Qəbələ Kəpəzi öz meydanında qəbul edə bilməyəcək
Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə "Kəpəz" arasındakı matç Bakıda baş tuta bilər. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin ev oyunlarını keçirdiyi arenada hazırda təmir işləri gedir.
Bu üzdən də bölgə təmsilçisi "Kəpəz"lə ev oyununu Bakıda keçirməyə qərar verib. Böyük ehtimalla "Qəbələ" avrokubok oyunlarında olduğu kimi, gəncəlilərlə də ev matçını 8-ci km qəsəbə stadionunda keçirməli olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Kəpəz" matçı avqustun 8-də keçiriləcək.
