3 avqust 2016 15:30

Yan Kopiç: Qarabağın həmin epizodda qol vura bilməməsinə mən də inana bilmədim

Çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Yan Kopiç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan (1:1, ilk oyun 0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bu, inanılmaz hissdir. İnanılası deyil. Mənim üçün böyük sevincdir. Bəlkə də karyeramda belə sevinməmişdim. Görüşün sonunu çox yaxşı keçirdik. Qol vurmaq üçün imkan axtarırdıq. Nəhayət ki, bir dəqiq zərbə bizi istəyimizə çatdırdı. Artıq növbəti oyunları, daha da irəli getmək barədə düşünməliyik".

Kopiç Ağdam klubunun bir neçə qol şansını boşa verməsinə də toxunub: "Bir epizodda hətta rəqib futbolçunun qapıya dəqiq zərbə vura bilməməsinə mən də təəccübləndim. Özüm də başa düşə bilmədim ki, necə həmin epizodda qol olmadı. Mümkündür ki, onlar futbol tanrısını küsdürmüşdülər. Biz elə epizodu qola çevirərdik, amma onlar bacarmadılar".

Yarımmüdafiəçi vurulan qoldakı məhsuldar ötürməsindən də danışıb: "Krmençiklə Bakoşun cərimə meydançasına qaçdığını görürdüm. Bu üzdən də Limberskiyə mənə ötürmə verməsini qışqırdım. Ötürməni alandan sonra cərimə meydançasına asma etməkdən yaxşı heç nə düşünə bilmədim. Orada isə Mixail başla əla zərbə endirərək hesabı bərabərləşdirdi".

"Şübhəsiz ki, bu ötürmə mənim üçün çox dəyərlidir. Komandaya gəldiyimdən bəri ən böyük faydamı vermiş oldum. İki oyunda cəmi bir qol vəziyyəti yaradıb, onu dəyərləndirirsənsə, bunu yetərli saymaq olar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.