3 avqust 2016 15:00
Eder: Qəbələyə qarşı oynamağa hazıram
Fransanın "Lill" klubunun hücumçusu Eder Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Mənim üçün yeni mövsüm indi başlayır. Qarşıda isə bizi Avropa Liqası çərçivəsində ən çətin oyunlardan biri gözləyir. Bu oyunda meydana çıxmağa hazıram".
Qeyd edək ki, Eder 1:1 hesabıyla başa çatan ilk oyunda iştirak etməyib.
