3 avqust 2016 14:10
İsrafilovun İngiltərə klubuna keçidi düyünə düşüb
Futbol üzrə Azərbaycan yığmasının və İspaniyanın "Mursiya" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun İngiltərənin "Fulhem" klubuna keçidi hələ də rəsmiləşməyib. Azerisport.az xəbər verir ki, tərəflərin müqavilə imzalaması gözlənilsə də, İspaniya və İngiltərə klubları öz aralarında razılığa gələ bilmirlər.
İspanlar İsrafilovun bir illik icarəsi üçün 200 000 avro ilə razılaşmırlar. İngilislər isə bundan artığını vermək istəmirlər.
