3 avqust 2016 13:50
Dani Kintana: Uğur bizdən üz döndərmişdi
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun bizim üçün yaxşı başlamışdı. Rəqib qapısı qarşısında qol vəziyyətləri yaradırdıq, onlardan birini qola da çevirdik. Rəqib isə qapımıza bircə zərbə endirdi, o da qol oldu. Uğur bizdən üz döndərmişdi. Üstünlüyümüzü artırmağı çox istəyirdik. Amma alınmadı. Artıq Avropa Liqasının pley-off oyunlarına hazırlaşmalıyıq. Lakin çətin olacaq. Fikrimcə, bir-iki gün sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Qarşıda bizi mütləq uğur qazanmalı olduğumuz vacib oyunlar gözləyir".
