3 avqust 2016 12:10
Qəbələ - Lill matçına 3 300 bilet satılıb
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, ötən günə olan məlumata görə, qarşılaşmaya 3 300 bilet satılıb.
Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
