3 avqust 2016 11:40
Mendi Qəbələ azarkeşlərinə müraciət etdi
Azarkeşlərin daim sevgiylə, hörmətlə və qürurla xatırladığı, vurduğu qollarla "Qəbələ"nin uğurlarında pay sahibi olan Viktor Mendi videomesajla keçmiş komandasına dəstəyini göstərib. Azerisport.az xəbər verir ki, Mendi bu klubun fanatlarını 4 avqustda - "Qəbələ" - "Lill" (Fransa) maçında aktiv olmağa çağırıb.
O, komandanın yanında olduğunu, futbolçulara inandığını nümayiş etdirib.
Qeyd edək ki, səfərdə bu rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşan "Qəbələ"nin "Lill" ilə cavab oyunu sabah saat 21:00-da start götürəcək.
