3 avqust 2016 11:20
Lill Bakıya gəldi
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu Bakıya gəlib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi bu gün səhər saatlarında Azərbaycana təşrif buyurub.
10:00-da paytaxta çatan fransızlar dərhal məskən seçdikləri otelə yerləşiblər. Rəqib komanda axşam saatlarında matçın keçiriləcəyi "Bakcell Arena"da son məşqinə çıxacaq.
Qeyd edək ki, Fransada 1:1 hesablı bərabərliyə razılaşan bu komandaların cavab dueli sabah saat 21:00-da start götürəcək.
