3 avqust 2016 11:00

Rəşad Sadıqov: Başqa ssenari ilə uduzsaydıq, bu qədər məyus olmazdıq

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirdikləri cavab oyunundan (1:1, ilk oyun 0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Belə oyundan sonra nə deyə bilərsiniz?
- Danışılası çox şey yoxdur. Özünüz də hər şeyi gördünüz. Görünür, qismət beləymiş.

- Bəlkə komandanız hücumçu çatışmazlığına görə belə aqibətlə üzləşdi...
- Belə oyundan sonra nəyinsə çatışmadığından danışmağın mənası yoxdur. Qələbə qazanmaq üçün daha nə etmək lazımdır ki? Burada söhbət hücumçudan getmir. Boş qapıya qol vura bilmiriksə, daha nədən danışaq?

- Bəs onda problem nədədir?
- Biz rəqibə iki oyunda bir dənə də qol şansı vermədik. Hətta fərqləndikləri anı da qol epizodu saymaq çətindir. Amma yenə də mərhələni keçən onlar oldu.

- Buraxılan qoldan və oyundan sonra Əfran İsmayılova nəsə irad bildirirdiniz...
- Bəli, buraxılan qola kimi bir epizod oldu ki, Əfran orada olmalı idi. Amma bunu etmədi. Sadəcə, bunu ona söyləyirdim.

- Bu qədər məyus olduğunuz oyun olmuşdu?
- İtaliya "İnter"i ilə oyunu saymasaq, beləsi olmamışdı. Uğur qazanmağa bu qədər yaxın ikən əldən verdik. Halbuki, hər şey yaxşı gedirdi, oyuna nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Rəqib heç nə edə bilmirdi.

- Riçard Almeyda niyə oyunu davam etdirmədi?
- Yəqin ki, yorulmuşdu və buna görə əvəzlənməsini istədi.

- Son dəqiqələrdə irəli atılmağınızı baş məşqçi istədi?
- Bəli, baş məşqçinin göstərişi idi.

- Avropa Liqasının pley-off mərhələsinə hazırlaşmaq çətin olmayacaq?
- Çətin olacaq. Hamı çox məyusdur. Başqa ssenari ilə uduzsaydıq, bu qədər məyusluq olmazdı. Çünki ÇL-in pley-offuna çox yaxın idik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.