3 avqust 2016 10:30
Qarabağ xal ehtiyatımızı yaxşılaşdırdı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın evdə Çexiya “Viktoriya”sı ilə qarşılaşmasında qeydə alınan 1:1 hesablı nəticə əmsalımızın artımına səbəb olub. Azerisport.az xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində əlavə 0.125 xal qazanıb.
Hazırda Azərbaycan 15.750 xalla əvvəlkitək 24-cü pillədədi.
Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 0.875, “Qarabağ” 0.625, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib.
