3 avqust 2016 00:30
Qara Qarayev: Özümüzə gəlməyimiz çətin olacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya çempionu "Viktoriya"ya qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən (ilk oyun 0:0) sonra bunları söyləyib:
"Bu oyundan sonra özümüzə gəlməyimiz çətin olacaq. Amma bunu bacarmalıyıq, mümkün qədər tez unutmalıyıq. Artıq növbəti oyunlarımız barədə düşünməliyik. Avropa Liqasının pley-off mərhələsinə kimi özümüzə gəlməliyik".
