2 avqust 2016 23:40
Rəşad Sadıqov: Rəqib bircə qol vəziyyətdi yaratdı, ondan da yararlandı
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya çempionu "Viktoriya"ya qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən (ilk oyun 0:0) sonra bunları söyləyib:
"Danışılası heç nə yoxdur. Özünüz də hər şeyi gördünüz. Qismət belə imiş. Qələbə qazanmaq üçün daha nə etmək lazımdır, bilmirəm. Rəqib bircə qol vəziyyəti yaratdı, ondan da yararlandı. Bu, heç qol vəziyyəti də deyildi, amma, onlar istəklərinə çatdılar".
