2 avqust 2016 19:45
Sumqayıtda yeni baş məşqçi
"Sumqayıt"ın əvəzediciləri Mübariz Orucova həvalə edilib. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl "Sumqayıt"da çalışmış adıçəkilən mütəxəssis klubla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Sumqayıt"ın əvəzedici komandasını Rövşən Babayev çalışdırırdı. Amma o, bu gün gözlənilmədən sumqayıtlılarla yollarını ayırıb. İstefanın səbəbləri bilinmir.
