2 avqust 2016 17:00
Yunis Hüseynov: Qarabağın bizi sevindirəcəyinə inanıram
Azərbaycanlı mütəxəssis Yunis Hüseynov "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sı ilə cavab oyununda uğur qazanmaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağdam klubuna uğurlar arzulayıram. "Qarabağ"ın bizi sevindirəcəyinə inanıram. Səfərdəki heç-heçə pis nəticə deyil. Amma yaxşı da adlandırmaq olmaz. Çünki sərfəli nəticə deyil. Çexlər qol vursa, komandamızın işi daha da çətin olacaq. "Viktoriya" yaxşı komandadır. Onlar öz meydanlarında 75 dəqiqə hücum etdilər. Yalnız azlıqda qaldıqları son 15 dəqiqədə bir qədər sakitləşdilər. "Qarabağ" ilk növbədə öz qapısını toxunulmaz saxlamaq barədə düşünməlidir. Amma komandamız istənilən halda "Viktoriya"ya qol vuracaq".
