2 avqust 2016 15:40
Neftçinin makedoniyalısından xəbər var
"Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə cavab oyununda zədələnən müdafiəçisi Vançe Şikovdan xəbər var. Azerisport.az xəbər verir ki, bu həftə makedoniyalı müdafiəçi Bakıya qayıdacaq və fərdi məşqlərə başlayacaq.
Bərpa prosesi uğurlu keçir. Həkimlər futbolçunun tezliklə yaşıl meydana qayıtmasında problem olmayacağını bildirirlər.
