2 avqust 2016 14:40
Adrian Pit: Katalin Tiranın Neftçiyə faydası dəyəcək
"Xəzər Lənkəran"ın rumıniyalı sabiq yarımmüdafiəçisi Adrian Pit həmyerlisi Katalin Tiranın "Neftçi"yə transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tira yaxşı futbolçudur. Onun da karyerası mənimkinə oxşardır. İtaliyada oynayıb, indi isə Azərbaycana üz tutdu. Mənim Azərbaycandakı karyeram çox yaxşı alındı. Uğurlar qazandım. Tiranın da "Neftçi"yə faydası dəyəcək".
