2 avqust 2016 14:00
Millimizin seçmə mərhələdə çıxış edəcək heyəti açıqlandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək. Azerisport.az xəbər verir ki, millimizin seçmə mərhələdəki rəqibləri Bolqarıstan, Danimarka və Macarıstandır.
Komandamız Avroliqa üçün heyətini və oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov.
12 avqust, saat 14:15
Azərbaycan – Bolqarıstan
13 avqust, saat 14:15
Azərbaycan – Danimarka
14 avqust, saat 19:00
Macarıstan – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
