2 avqust 2016 13:40
Böyükağa Hacıyev: Qarabağ Viktoriyanı keçəcək!
Azərbaycanlı futbol mütəxəssisi Böyükağa Hacıyev "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sını keçmək şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" "Viktoriya"ya qalib gələcək. Bunu sizə mən deyirəm. Bəli, çətin olacaq, amma onlar Çexiya çempionunu keçəcəklər. İstisna deyil ki, matçın taleyi penaltilər seriyasında həll olunsun. Amma açıq futbol getsə, "Qarabağ" cütün taleyinə elə 90 dəqiqə ərzində aydınlıq gətirəcək. Ağdamlılar açıq futbolda güclüdürlər. Komandanın heyətində Reynaldo, Mahir Mədətov kimi oyunçular var. Onlar matçın taleyini həll edə bilərlər".
