2 avqust 2016 13:00
Neftçi ispan hücumçudan niyə imtina edib?
"Neftçi"nin Rumıniyanın "Kluj" klubundan almaq istədiyi hücumçu Kristian Lopesdən niyə imtina etməsi bəlli olub. Azerisport.az xəbər verir ki, rumınlar ispan futbolçuya görə bakılılardan 450 min avro tələb edirmişlər.
Amma buna razılaşmayan "ağ-qaralar" rumıniyalı hücumçu Katalin Tira ilə anlaşmağı üstün tutublar.
