2 avqust 2016 12:15
Qəbələ - Kəpəz matçının tarixi dəyişdirildi
Azərbaycan Premyer Liqasının 1-ci turunun "Qəbələ" - "Kəpəz" oyununun tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, öncədən bu oyunun avqustun 7-də keçiriləcəyi xəbər verilirdi.
Lakin qarşılaşma bir gün sonraya - avqustun 8-nə keçirilib.
Qeyd edək ki, bu, "Qəbələ"nin avqustun 4-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəyi cavab oyununa görə edilib.
