2 avqust 2016 10:00
Emin Nuri oynadı, komandası qələbə qazandı
İsveç çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yurqorden"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1. Start heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə oynayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 21 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.
