1 avqust 2016 19:50
Roman Hubnik: Bakıda erkən qol vursaq...
Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bakıdakı oyunda erkən qol vursaq, bu, rəqibi əsəbləşdirə bilər. Hesab edirəm ki, "Qarabağ" öz meydanında daha çox hücum edəcək. Bu da bizə öz hücumlarımızı qurmağa imkan yaradacaq".
