1 avqust 2016 19:40
Qurban Qurbanov Vüqar Nadirovun qayıdışından danışdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vüqar Nadirovun yenidən bu kluba qayıtmasından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"O, 5-6 il "Qarabağ"da oynayıb. Vüqar mən hələ bu komandaya gəlməzdən öncə də Ağdam klubunda çıxış edirdi. Bizdən ayrılandan sonra qısa müddətdə 3 komanda dəyişdi. Onun belə vəziyyətə düşməsi təbii ki, mənim ürəyimcə deyildi. "Qarabağ"ın lideri olmuş bir futbolçunun bu vəziyyətdə qalmaması üçün komandaya qaytarmağa qərar verdim. Fikrimcə, forma yığa və bizə kömək edə biləcək".
