1 avqust 2016 18:00
"Qarabağı Viktoriya ilə cavab matçında daha şanslı hesab edirəm"
"Qarabağ" və "Qəbələ"nin sabiq müdafiəçisi Nodar Məmmədov bu klubların avrokubokların pley-off mərhələsinə çıxmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandanın çıxışını izləyirəm. Fikrimcə, Bakıdakı oyunlarda həm "Qarabağ"ın, həm də "Qəbələ"nin uğur qazanmaq üçün yaxşı şansı var. Ağdamlıların uğur qazanmaq şansını 60 faiz hesab edirəm. Onların uduzmayacağına əminəm. Sadəcə, qollu heç-heçə ola bilər. Amma "Qəbələ" ilə "Lill"in şansları bərabərdir. Hər iki təmsilçimiz cavab matçında ehtiyatlı oynamalıdır. Əminəm ki, rəqib qapısı qarşısında təhlükəli vəziyyətləri olacaq. Onlardan maksimum yararlanmaq lazımdır".
