1 avqust 2016 17:20
Amil Yunanov: Mövsümə uğurlu başlamaq istəyirik
"Sumqayıt"ın hücumçusu Amil Yunanov komandasının yeni mövsümə hazırlığından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyə toplanışı çox çətin alındı. Amma bütün çətinliklər bizi daha da güclü, möhkəm edir. Nə dərəcədə yaxşı hazırlaşdığımızı Premyer Liqa göstərəcək. Özümüzü yeni mövsümə hazır hiss edirik. Mövsümə uğurlu başlamaq istəyirik. Amma buna nail olmaq çətin olacaq. Çünki bizi "Zirə" ilə oyun gözləyir. Onların yaxşı heyəti var. İstənilən halda yaxşı futbol sərgiləyib, qələbə qazanmağa çalışacağıq".
