1 avqust 2016 17:00
Tural Axundov: Qəbələnin Avroliqadakı çıxışı bizi qorxutmur
"Kəpəz"in kapitanı Tural Axundov komandasının Premyer Liqanın yeni mövsümünə hazırlığından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızı yeni mövsümə tam hazır hesab etmək olar. Hazırda "Qəbələ" ilə oyuna hazırlaşırıq. Ümid edirəm ki, qarşıdakı mövsüm bizim üçün uğurlu keçəcək. Avropa Liqasında iştirak bizə əlavə güc qazandırdı. Ötən mövsüm "Qəbələ"yə qarşı layiqli mübarizə apara bilmişdik. Onların Avroliqadakı uğurlu çıxışı bizi qorxutmur".
Axudnov keçmiş komanda yoldaşı Budaq Nəsirovun Portuqaliyanın "Sportinq" klubuna keçidindən də danışıb: "O, gənc və çalışqan futbolçudur. Portuqaliyada uğurlu olacağına inanıram. Ona uğurlar arzulayıram".
