1 avqust 2016 16:40
Qarabağ - Viktoriya matçında anşlaq gözlənilir
ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la Çexiya "Viktoriya"sı arasında baş tutacaq cavab oyununda anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 18 mindən çox bilet satılıb.
Oyun saatına kimi bütün biletlərin satılması istisna edilmir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da start götürəcək.
